Alternative content

19:28 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkəmizi tanıyaq”: Sabirabad, Saatlı, Şirvan və Neftçala məktəblilərini maraqlı ekskursiya gözləyir
“Ölkəmizi tanıyaq”: Sabirabad, Saatlı, Şirvan və Neftçala məktəblilərini maraqlı ekskursiya gözləyir
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:18 15.03.2019

Maarifləndirici tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənməyə imkanı verir


Martın 15-də səhər saatlarında Sabirabaddakı Heydər Əliyev Mərkəzinin qarşısında böyük canlanma vardı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yola düşməzdən əvvəl aksiya iştirakçıları Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Sonra məktəblilər Ümummilli Liderin adını daşıyan parkda ağac və gül kolları əkib, mövcud ağaclara qulluq ediblər.

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aytən Abdullayeva sevincini bölüşərək deyib: "Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir”.

Cavad kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Kənan Kərimov söhbətə qoşularaq fikirlərini belə ifadə edib: "Bu gün Azərbaycanın dilbər guşələrindən olan Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarına yola düşürük. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.

Sonda Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.

X X X

Martın 15-də "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər də Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə qərb bölgəsinə yola çıxıblar.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Əhəd Behbudov deyib: "Ənənəvi keçirilən bu aksiyalar şagirdlərin dünyagörüşlərinin zənginləşməsi, biliklərinin artırılması, bölgələrimizin müasir həyatı ilə tanış olmaları baxımından böyük əhəmiyyət daşıyır. Şagirdlər səfər zamanı həm də özlərinə yeni dostlar qazanacaqlar”.

Tur-aksiyanın digər iştirakçıları – Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Seymur İslamov, Məzrəli kənd tam orta məktəbin X sinif şagirdi Rəfsanə Behbudova və başqaları bu səyahətin təşkilindən razılıqlarını bildirib, zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını vurğulayıblar.

Valideyn Hilal Behbudov ürək sözlərini belə ifadə edib: "Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıblar.

Saatlıdan olan 40 məktəbli və 5 müəllim dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.

X X X

Martın 15-də sübh tezdən Şirvan Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda şəhər rəhbərliyi və təhsil şöbəsinin məsul işçiləri, valideynlər "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şirvanlı şagirdləri şimal bölgəsinə yola salıblar.

Yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar. Sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxış olub, onların ifa etdikləri mahnı və şeirlər dinlənilib.

Qrup rəhbəri, şəhər təhsil şöbəsinin işçisi Elçin Həsənov deyib: "Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları - Şirvan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Səfər proqramı olduqca zəngindir. İnanıram ki, məktəblilərimiz ölkənin qərb bölgəsinə səfərdən xoş təəssüratlarla qayıdacaqlar”.

Tur-aksiyada iştirak edən şəhər 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Mürşüd Dadaşov sevinc hissini belə ifadə edib: "Çox sevinirəm. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Şimal bölgəsini görmək çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.

Sonra tur-aksiyada iştirak edən məktəblilər Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

X X X

Martın 15-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında da böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Fərid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə ənənəvi keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları - Neftçala rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Tur-aksiyanın digər iştirakçıları - şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdləri Müslüm Dadaşov, İlkin Əzizov və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə təşəkkür ediblər.

Meydana toplaşanların xeyir-duası ilə avtobus Quba-Qusar Xaçmaz marşrutu istiqamətində yola düşüb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM