15 Mart 2019 13:13
570
DÜNYA
A- A+

Yeni Zelandiya məscidlərində qırğın törədildi


Yeni Zelandiyanın Kraysçerç şəhərində iki məsciddə törədilmiş terror aktları nəticəsində 49 nəfər həlak olmuş, 48 nəfər yaralanmışdır. Bu barədə "BBC News” xəbər verir.
Məscidlərdən birinə hücum edən şəxs 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarrantdır. Cinayətkar adamlara atəş açmış və öz hərəkətlərini "Facebook”da birbaşa yayımlamışdır. Tarrant Əl-Nur məscidinə öz avtomobilində gəlmişdir. Onun maşınında xeyli silah və döyüş sursatı, habelə içərisinə benzin doldurulmuş kanistrlər olmuşdur. Tarrant atəş açdığı silahın üstünə islamofob və antimiqrant sözləri yazmışdır. Adamları güllələdikdən sonra o, hadisə yerindən uzaqlaşmışdır.
Polisdən verilən məlumata görə, cinayətkar Yeni Cənubi Uelsdəki Qrafton rayonunun sakinidir. İkinci məsciddə terror aktı törədənin şəxsiyyəti barədə hələ ki məlumat verilmir.
Yeni Zelandiya hökumətinə başçılıq edən Casinda Ardern bildirmişdir ki, Kraysçerçdə baş vermiş qırğın terror hücumudur.
Son məlumata görə, hadisənin törədilməsində şübhəli bilinən iki kişi və bir qadın həbs edilmişdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video