Alternative content

12:11 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərtər məktəbliləri Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya başlayıblar
Tərtər məktəbliləri Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya başlayıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:08 15.03.2019

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində qazanılmış nailiyyətlərin dərindən öyrənilməsi məqsədi daşıyan "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 14-də tur-aksiyada iştirak edəcək şagirdlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçiriən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və sevdirməkdir.

Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verib. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri, təbiəti, tarixi abidələri, adət-ənənələri, kulinariyası olduğunu qeyd edərək, şagirdlərə səfərlərini xoş və mənalı keçirməyi, getdikləri rayonlar haqqında geniş məlumatlar əldə etməyi tövsiyə edib.

Martın 15-də rayonun mərkəzi meydanında məktəblilərin yolasalma mərasimi keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.

Qrup rəhbəri Tunarə Məmmədzadə AZƏRTAC-a müsahibəsində deyib: "Qəbələ, Şəki və Zaqatala rayonları gözəl təbiəti, multikulturalizm ənənələri və tarixi məkanları ilə tanınır. Əminəm ki, məktəblilər tur-aksiyadan olduqca məmnun qalacaq və rayonumuza yüksək təəssüratlarla dönəcəklər. Onlar Şəki şəhərində Dövlət Tarix-Memarlıq Qoruğu, Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, sənətkarlar məhəlləsi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaqlar. Tur çərçivəsində məktəblilər Zaqatalada Tarix-Mədəniyyət Qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, findiq emali zavoduna, Qəbələdə isə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, "Qəbələnd” istirahət mərkəzinə, "Beltmann” piano zavoduna, "Tufandağ” Xizəkçilik Kompleksinə və Qəbələ Konserv Zavoduna səfər edəcəklər. Həmçinin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Səfər çərçivəsində intellektual oyunlar, musiqili-əyləncəli proqramlar da təşkil olunacaq”.

İsmayılbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Könül İmanova tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: "Ötən illərdə tur-aksiyada iştirak edən şagirdlər təəssüratlarını bizimlə də bölüşürdülər. Çox istəyirdim ki, bu aksiyada mən də iştirak edim. Bu arzum gerçəkləşib. İnanıram ki, səfərimiz maraqlı və mənalı olacaq".

Buruc kənd tam orta məktəbin şagirdi Elcan Aslanlı isə deyib: "Çox həyəcanlıyam. Gəzəcəyimiz yerləri, tanış olacağımız tarixi abidələri görməyə səbirsizlənirəm. Əminəm ki, səfərdən xoş təəssüratlarla dönəcəyik”.

Tur-aksiya iştirakçıları mərkəzi meydanda qurulmuş səməninin ətrafında rəqs ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM