15 Mart 2019 13:07
325
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları arasında Balakən məktəbliləri də var


"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də səhər saatlarında Balakən rayonunun fəal məktəblilərindən ibarət qrup respublikamızın qərb bölgəsinə yola salınıb. Bayraq Muzeyinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiyaların böyüməkdə olan gənc nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin və qərb bölgəsinin rayonlarının zəngin və çoxəsrlik tarixi, son illərdə keçdiyi sürətli inkişaf yolu, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda aparılan tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video