Alternative content

04:19 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:48 15.03.2019

Cənub bölgəsinin məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar


Ölkəmizin orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının növbəti turuna start verilib. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq gözəl ənənə halı alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 15-də səhər tezdən tur-aksiyanın Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.

Yolasalma mərasimdə çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Mərasim Hacızadə, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün müddətində bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar.

Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan "ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarında marağına səbəb olacaq.

Şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda "Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki "Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar.

Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki "Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.

Məktəblilərin asudə vaxtlarında "Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

Qrupun rəhbəri Tural Eyvazov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Maarifləndirici tur-aksiya, eyni zamanda, məktəblilərin biliklərinin artırılmasına da öz töhfəsini verəcək.

"Ölkəmizi tanıyaq” tur-aksiyasının digər iştirakçısı - Astara şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nərmin Məmmədli sevincini bölüşərək deyib: "Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Quba, Qusar və Xaçmaz rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti çox məşhurdur. Bütün bunları görmək bizə də nəsib olacaq. Məktəblilər üçün bu imkanı yaradanlara minnətdarlığımızı bildiririk.”

Sonra aksiya iştirakçılarını Qubaya aparan avtobus yola düşdü.

Həmin gün "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Lerik və Yardımlı rayonlarının məktəbliləri də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ölkəmizin şimal bölgəsinə səyahətə başlayıblar.

Tur-aksiya iştirakçılarının yolasalma mərasimində həmin rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM