Alternative content

12:11 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Maarifləndirici tur-aksiyaya Ağsu məktəbliləri də qoşulublar
Maarifləndirici tur-aksiyaya Ağsu məktəbliləri də qoşulublar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:47 15.03.2019

Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də səhər Lənkəran rayonuna yola salınıb. Dörd gün davam edəcək səfər zamanı məktəblilər respublikamızın cənub bölgəsi olan Lənkəran, Masallı və Astara rayonlarında bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə tanış olacaq, həmyaşıdları ilə görüşəcək, şən və mənalı istirahət edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimi rayon rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin mərkəzindəki Heydər parkında keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayıb, onlara Azərbaycanımızın cənub bölgəsi barədə daha zəngin bilgilər almağı tövsiyə edib.

Valideynlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tur-aksiya iştirakçısı, şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Aynurə Əliyeva sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: "Cənub bölgəsində olmamışam. O yerləri ancaq televiziya ekranlarında görmüşəm. İndi Lənkərana gedirik. Oradan Masallıya, daha sonra Astaraya gedəcəyik. Cənub bölgəsinin müasir həyatı, tarixi yerləri ilə tanış olacaq, həmyaşıdlarımızla ünsiyyət quracağıq. Bütün bunlar bizə doğma Azərbaycanımızı daha yaxından tanımağa imkan verəcək”.

Sonra tur-aksiya iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, onlar üçün ayrılan avtobusa əyləşərək yola düşüblər.

Qeyd edək ki, bir gün əvvəl rayon icra hakimiyyətində tur-aksiya iştirakçıları ilə görüş keçirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM