Alternative content

01:45 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlar üçün təhlükəsiz internet
Uşaqlar üçün təhlükəsiz internet
ANA SƏHİFƏ / ELANLAR
03:27 15.03.2019


Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11-15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Kibertəhlükəsizlik həftəsi” keçirilir. "Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Tədbirdə "Regionun kibertəhlükəsizlik məsələləri”, "Kibertəhlükəsizliyin innovativ həlləri”, "Uşaqlar üçün təhlükəsiz internet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusun səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya "Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan "Azercell” şirkətinin kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də korporativ sosial məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib.

Məlumat üçün bildirək ki, "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində "Azercell” tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə "Azercell”in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir.

Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadır.

"Azərbaycan”