Alternative content

10:33 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur
Prezident İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur
ANA SƏHİFƏ / SİYASƏT
22:09 14.03.2019

Moldova ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Prezident xatırladıb ki, ölkələrimiz arasında bir sıra sazişlər imzalanıb. Moldova və Azərbaycan beynəlxalq miqyasda, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edir.

İqor Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Əməkdaşlığın inkişaf perspektivlərindən danışan dövlət başçısı deyib ki, Moldovanın regiondakı imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM