14 Mart 2019 22:02
420
SİYASƏT
A- A+

VII Qlobal Bakı Forumunun üçüncü panel iclası: “Bu, qloballaşmanın sonudurmu?”


Martın 14-də VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında "Bu, qloballaşmanın sonudurmu?” mövzusunda müzakirələr aparılıb.

Gürcüstanın Baş nazirinin sabiq müaviniEka Tkeşelaşvilininmoderatorluğu ilə keçən paneldə çıxış edən Polşanın sabiq Baş naziriMarek Belkabildirib ki, ölkəsi Avropa İttifaqına qoşulduqdan sonra iqtisadi baxımdan faydalanıb. Qloballaşmanın siyasi qərarlar əsasında mövcud olmadığını deyən sabiq Baş nazir əlavə edib ki, bu, texnoloji bir prosesdir. Qloballaşmanın sona yaxınlaşmasını demək düzgün deyil. Bunun qarşısını almaq mümkün deyil. Müxtəlif ölkələr qloballaşmadan fərqli şəkildə istifadə edirlər.

Bolqarıstanın sabiq PrezidentiRosen PlevneliyevSovet İttifaqının dağılmasından sonra ölkəsində demokratiyanın bərqərar olduğunu bildirib. O əlavə edib ki, qloballaşma prosesindən razıdır. Bolqarıstanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatını inkişaf etdirdiyini deyən sabiq dövlət başçısı ölkəsində həyata keçirilən islahatlardan danışıb. O vurğulayıb ki, qloballaşmadan xilas olmaq mümkün deyil. Bu gün dünyanı hörümçək toru kimi ağuşuna alan internet bəşəriyyəti bir əldə saxlayır. Dünyanın istənilən yerində gedən prosesləri sosial media vasitəsilə izləmək mümkündür. Qloballaşma vasitəsilə dövlətlər yeni iqtisadi alətlərdən ortaqlı istifadə edirlər.

Ekvadorun keçmiş PrezidentiRosalia Arteaqo SerranoLatın Amerikasının müxtəlifliyə malik bir coğrafiya olduğunu deyib. Qeyd edib ki, burada siyasi, iqtisadi və humanitar böhran mövcuddur. Qlobal trendin davam etdiyini deyən sabiq Prezident əlavə edib ki, bu gün Avropada cərəyan edən istənilən böhran Latın Amerikasına da öz təsirini göstərir.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidentiBenedetto Zakkirolqloballaşmanın müsbət və mənfi məqamlarından söz açıb. O, dövlət rəhbərlərinin qlobal məsələlərə münasibət bildirməli olduqlarını söyləyib. Vurğulayıb ki, bütün səylər müsbət istiqamətə cəmləşdirilməlidir.

Livanın sabiq Baş naziriFuad Sinioraisə qeyd edib ki, bu gün dünya qloballaşmanın müsbət tərəflərindən faydalanmaqla mənfi tərəflərindən də əziyyət çəkir. Bu gün miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir. Dünyada ksenofobiya, millətçilik, şovinizm kimi mənfi cərəyanlara qarşı mübarizə aparılmalıdır.

Mavritaniyanın sabiq Prezidenti xanımAmeenah Guribqeyd edib ki, dünyada hökm sürən böhran hər bir insana təsir edir, hər kəs işini itirir. Bu da ciddi sosial problemlərə gətirib çıxarır.

İtaliyalı senatorEttore Liçeribildirib ki, qloballaşmada insanların düşüncə tərzi dəyişir. İnsanlar yeni yerlər görmək istəyirlər. Bu, insanları yaxınlaşdırır.

Türkiyə parlamentinin sabiq sədriCəmil Çiçəkqeyd edib ki, qloballaşma dünyanın müxtəlif yerlərində fərqli şəkildə başa düşülür. Yaxşı tərəfdən baxdıqda qloballaşma insanlara çox şey qazandırıb. Digər tərəfdən, qloballaşma dünyanın siyasi gündəmini dəyişir, yeni siyasi sosial mühit formalaşdırır.

Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırılıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video