Alternative content

10:38 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr keçirilib
Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
22:00 14.03.2019

Martın 14-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş dinləmələr olub.
Komitənin sədri Əhliman Əmiraslanov son dövrlərdə vərəmlə mübarizə istiqamətində həm dünyada, həm də Azərbaycanda xeyli işlər görüldüyünü bildirərək deyib: "Azərbaycanda vərəmlə mübarizə, bu sahədə kadr potensialının yaxşılaşdırılması, ən müasir dərmanlarla təchizat sahəsində xeyli işlər görülüb. Vərəm bütün dünyada yaşayan insanları narahat edən qlobal bir problemdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxanda görürük ki, dünyada 20 milyon vərəmdən əziyyət çəkən insan var. Təxminən 6,5-7 milyon insan vərəmdən dünyasını dəyişir”.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, ÜST vərəmlə mübarizəni prioritet məsələ kimi qeydə alıb. Dünyada 2000-2015-ci illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas edilib. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur. Azərbaycanda isə son illərdə xəstəliyə yoluxmanın dinamikasında azalma müşahidə olunur. Ölkəmizdə bu istiqamətdə çox işlər görülür, hər il büdcədən səhiyyəyə ayrılan vəsait artır.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, Azərbaycanda "Vərəmlə mübarizə haqqında" Qanun 2001-ci ildə qəbul edilib, bu sənədə yenidən baxılmalıdır. Bu xəstəliklə ciddi mübarizənin aparılmasına baxmayaraq, bu gün bəzi ölkələrdə "vərəm damğası" problemi var. Vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkirlər. Ona görə də "vərəm damğası”na qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır, bu, davam etdirilməlidir.

Hande Harmancı deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana vərəmlə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün lazım olan bütün yardımları göstərməyə hazırdır.

İclasda çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Qənirə Paşayeva, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri, tibb mütəxəssisləri vərəmlə mübarizə barədə fikirlərini bildirib, təkliflərini veriblər. Bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM