14 Mart 2019 17:54
436
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində onların tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.

Nazir müavini bu sahədə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlanıldığını, yeni layihənin paytaxtın ən böyük nəqliyyat infrastrukturlarından biri olan metropolitendə onların rahatlıq və məmnunluğu təmin etmək məqsədi daşıdığını söyləyib.

"Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. Sədr müavini metro infrastrukturun əlilliyi olanlar üçün müyəssərliyinin təmin edilməsi, Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində iki qurum arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Memorandumu imzalayıblar.

Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi "Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin nəqliyyatın bu növündən rahat və maneəsiz istifadəsi sahəsində digər layihələrin hazırlanması və həyata keçirilməsi, nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

Sənəddə gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video