14 Mart 2019 17:47
386
CƏMİYYƏT
A- A+

Respublika Veteranları Təşkilatında gənclərlə bağlı tədbir keçirilib


Martın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranların, ziyalıların, gənclər təşkilatının, məktəblərin müəllimlərinin, şagirdlərin iştirakı ilə "Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsi üçün ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov Azərbaycan gənclərinin dünyada layiqli yer tutmasını uğurlu və uzaqgörən dövlət siyasətinin nəticəsi olduğunu bildirib. O, gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsinin bu sahədə mühüm mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daim gənclərə yüksək etimad göstərir, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirir.

Gənclərin elmə, təhsilə yiyələnmələrinin vacibliyini qeyd edən C.Xəlilov deyib: "Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətən, xalq üçün canlarından keçməyə hazırdırlar. Gənclərimiz bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyatında sübut etdilər. Bu qələbələr Azərbaycanın gücünü, peşəkarlığını düşmənə və bütün dünyaya göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqlarımızın bir hissəsini azad etdik. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu, böyük tarixi qələbədir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gənclərinin müharibə veteranları ilə görüşünə, belə tədbirlərin keçirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. O, gənclərimizi canlı tarix olan veteranlarımızdan örnək götürməyə çağırıb. Bildirib ki, veteranlarımız vətənimizi göz bəbəyi kimi qoruyub, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları olan və Prezident İlham Əliyevin ətrafında sıx birləşən gənclərin də amalı Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Ölkəmizdə gənclərimizin arasında Mübariz İbrahimov, Fərid Əhmədov və Raquf Orucov kimi vətənpərvər döyüşçülər yetişir. Çünki bizim gənclərimizdə vətənpərvərlik ruhu var. Aprel döyüşləri zamanı minlərlə gəncin könüllü olaraq döyüşlərə qatılmaq istəməsi bunun əsas göstəricisi idi. Aprel döyüşlərində əsgərlərimizin göstərdiyi şücaət nəticəsində düşmənlərimizə sübut etdik ki, Azərbaycanın güclü ordusu və Vətənini sevən gəncləri var. Bu gün iftixarla deyə bilərik ki, gənclərimiz ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, elm və təhsilə yiyələnir və hər bir sahədə Azərbaycanın bayrağını dalğalandırırlar.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açıb. O, xalqımızın etibarlı gələcəyinin təmin edilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

İkıncı Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov respublikada həyata keçirilən gənclər siyasətindən, gənc nəslin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən vəzifələrdən danışıblar. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliklərini ifadə edilib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video