Alternative content

12:16 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Salome Zurabişvili: Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağrılıdır
Salome Zurabişvili: Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağrılıdır
ANA SƏHİFƏ / SİYASƏT
17:45 14.03.2019

Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli və ağrılı məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə söyləyib.

Gürcüstanın dövlət başçısı deyib ki, bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır. Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır.

S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb və bildirib ki, bu formatlar vəziyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər. "Hesab edirəm ki, biz, bu münaqişələrin beynəlxalq normalar əsasında həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”, - deyə Prezident vurğulayıb.

Dövlət başçıqı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münaqişə ölkədə yaşayan azərbaycanlılar və ermənilər üçün də çox ağrılıdır: "Bu münaqişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münaqişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM