14 Mart 2019 17:33
944
Elm və texnika
A- A+

Akademik Yaqub Mahmudov “100 yaşlı tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə tarix fakültəsində "100 yaşlı tarix fakültəsinin məzunları” layihəsinə başlanılıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, layihənin ilk qonağı tarix fakültəsinin 1962-ci il məzunu, 1994-2004-cü illərdə dekan olmuş, qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov olub.

Dekan Azad Rzayev layihə barədə ətraflı məlumat verib.

Fakültənin tarixi barədə danışan A.Rzayev 100 illik fəaliyyəti dövründə fakültənin görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu qeyd edib. Dekan dünya şöhrətli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olduğunu sonsuz qürur hissi ilə diqqətə çatdırıb.

Akademik Yaqub Mahmudov tələbəlik xatirələrindən, Azərbaycan tarix elmindəki mövcud vəziyyətdən, hazırda rəhbəri olduğu AMEA-nın Tarix İnstitutunda görülən işlərdən söz açıb.

Tədbir çərçivəsində akademikin əsərlərinin sərgisi də təşkil olunub. Tədbirdən sonra kitablar tarix fakültəsinə hədiyyə edilib.

Qeyd edək ki, "100 yaşlı tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, əlaqələndiriciləri isə dosentlər Səidə Quliyeva, Sevinc Ruintən, tarix fakültəsinin tələbə həmkarlar təşkilatının sədri Əli Babazadə və II kurs tələbəsi Mais Günəşlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video