14 Mart 2019 17:30
434
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb


ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifadə olundu. Belə ki, bu bəyanatda əks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini əks etdirir və biz hesab edirik, bu bəyanat məhz Ermənistana ünvanlamış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistan Respublikasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 14-də VII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, danışıqlarda hər hansı şərtin qoyulması qəbuledilməzdir və danışıqlar olduğu şəkildə davam etdirilir. Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi də doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.

Ermənistan tərəfinin danışıqların formatını dəyişdirmək iddialarının əsassız olduğunu qeyd edən Hikmət Hacıyev bildirib ki, görüşlər də görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video