14 Mart 2019 16:33
1676
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik etdi.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.
Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video