Alternative content

10:39 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub
BMT-nin İnkişaf Proqramı ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:31 14.03.2019

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən Ehtiyat Data Mərkəzi, yaradılması nəzərdə tutulan İnnovasiyalar Laboratoriyası və İnnovasiyalar Mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlərə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Ramin Quluzadə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sferasında da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.

Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən xanım Eqqer ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.

Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM