Alternative content

10:36 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub
Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub
ANA SƏHİFƏ / Tədbirlər
16:29 14.03.2019

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM