14 Mart 2019 16:28
1527
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi.

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının araşdırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video