Alternative content

20:07 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdə peşə standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar seminar keçirilir
Ölkəmizdə peşə standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar seminar keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:25 14.03.2019

Kadr hazırlığı sisteminin əmək bazarında ixtisas bilikləri və bacarıqlarına olan tələblərlə uyğunluğunun təmin edilməsi aparılan islahatların mühüm bir istiqamətini təşkil edir. Peşə standartlarının tətbiqi isə əmək bazarında həmin tələblərlə bağlı institutlaşmış informasiya bazası formalaşdıracaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi "Azərbaycanda peşə və kvalifikasiya standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın hazırlanması” mövzusunda seminarda deyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini diqqətə çatdırıb ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsində, təhsil proqramlarının (kurikulumların) hazırlanmasında, qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınmasında, qeyri-formal məşğulluqla mübarizədə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nında bununla əlaqədar tapşırıq əksini tapıb. Həmin tapşırığın icrası olaraq ATF və Avropa İttifaqının dəstəyi ilə müvafiq işlər aparılır. Bu sahədə "Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və "Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri hazırlanıb. Həmin layihələr müvafiq qurumların rəyləri nəzərə alınaraq təkmilləşdirilib və yaxın vaxtlarda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Anar Əliyev qeyd olunan yeni qaydalara uyğun hazırlanacaq standartların ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin tətbiqi, təhsil proqramları ilə əmək bazarı arasında uyğunluğun təmin olunması və s. baxımından əhəmiyyətini qeyd edib.

Seminar aidiyyəti qurumların, işəgötürənlərin nümayəndələrinin və digər maraqlı tərəflərin, beynəlxalq ekspertlərin iştirakı ilə peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə yeni mexanizmin müzakirəsi, istifadəçilər üçün müvafiq təlimat kitabçasının razılaşdırılması məqsədinə yönəlib.

Tədbirin gündəliyinə Türkiyə və Estoniyadan gəlmiş ekspertlərin bu sahədə öz ölkələrinin təcrübəsini bölüşməsi də daxildir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM