14 Mart 2019 14:41
864
Elm və texnika
A- A+

Tarix İnstitutu elmi şuranın növbəti iclasını “Bakı-İstanbul” liseyində keçirib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu elmi şuranın növbəti iclasını "Bakı-İstanbul” liseyində keçirib.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə institutun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.

"Bakı-İstanbul” liseyinin direktoru Zeliha Abdullayeva Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi elmi şuranın üzvlərinə lisey barədə ətraflı məlumat verib. Zeliha Abdullayeva bildirib ki, məqsəd şagirdlərin əqli inkişafı ilə yanaşı, mədəni-mənəvi inkişafına da xidmət etməkdir.

Elmi şuranın iclasında Yaqub Mahmudov qeyd edib ki, liseyin proqramı ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsi əsasında qurulub: "Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.

Yaqub Mahmudov deyib: "Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, eyni zamanda, Vətənin adını ucaltmaq üçün dönməz azərbaycançı olmaq gərəkdir”.

AMEA-nın Tarix İnstitutu liseyi himayəyə götürüb. İnstitut liseyin kitabxanasına 300 adda 2 min kitab hədiyyə edib. Tarix İnstitutu ilə lisey arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Müqaviləyə əsasən, birgə tədbirlər təşkil olunacaq və institutun alimləri liseydə Azərbaycan tarixini dövrlər üzrə qədimdən başlayaraq tədris edəcəklər. Eyni zamanda, ustad dərsləri də keçiriləcək.

Tarixçi alimlər liseydə tərbiyənin, tarixi şüurun və Azərbaycan dilinin önə çəkilməsi barədə çıxış ediblər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın və Türkiyənin tanınmış elm xadimlərinin iştirakı ilə "Bakı-İstanbul” liseyinin təntənəli açılışı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video