Alternative content

16:27 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident sərəncamı bizi yeni uğurlara səsləyir
Prezident sərəncamı bizi yeni uğurlara səsləyir
ANA SƏHİFƏ / Mədəniyyət
00:31 14.03.2019


Lənkəranda peşəkar teatrın tarixi XIX əsrin sonlarına təsadüf edir. Tədqiqatlar nəticəsində bu fakt təsdiqini tapmış və Milli Elmlər Akademiyasının teatr bölməsinin təqdimatına əsasən, Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının yaşının 1891-ci ilin yanvarında Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” əsəri əsasında səhnələşdirilmiş "Oddan alova” adlı komediyası ilə təsdiqləndiyi barədə qərar çıxarmışdır.

Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumunu yaymaq bir çox sənətkarların həyat amalı olub. Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayev 1905-ci ilin sentyabr ayından Lənkəranda müəllimlik fəaliyyətinə başlayaraq, burada dördsinifli məktəbdə coğrafiya və təbiət fənlərini tədris edib. Teatrın Lənkəranda təşəkkül tapmasında SSRİ xalq artisti, görkəmli səhnə ustası Sidqi Ruhullanın da böyük köməyi olub. 1912-ci ildə Lənkərana gələn S.Ruhulla burada teatr heyəti yaratmaq istəyən həvəskarlarla "Bəxtsiz cavan”, "Nadir şah” faciələrini, N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli” və s. əsərləri səhnələşdirib.

Yerli ziyalılardan Teymur Şahverdiyevin "Altı rəfat”, "Həqiqi röya” adlı əsərlərinin 1923-cü ildə səhnələşdirilməsi də böyük əks-səda doğurub. Hər iki əsər yeni yaradılan Hüseyn Ərəblinski adına Xalq Teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb. Xalq teatrı təxminən 10 ildən artıq fəaliyyət göstərib, sonralar yaradılan peşəkar teatr üçün zəmin yaradıb. Azərbaycanın tanınmış artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahanxanım Talışinskaya kimi məşhur sənətkarlar da ilk addımlarını Lənkəran teatrının səhnəsində atıblar.

Lənkəran Dövlət Dram Teatrı 1934-cü ilin dekabrından 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Böyük Vətən müharibəsi illərində müvəffəqiyyətlərə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov Azərbaycan SSR-in "Əməkdar artisti” fəxri adına layiq görülüb, bir qrup aktyor Ali Sovetin fəxri fərmanları ilə təltif olunub. Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində 1959-cu ilin dekabr ayında rayonda yenidən H.Ərəblinski adına Xalq Teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni istedadları axtarıb tapmaq, repertuarını həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə, xalqa mədəni xidmət göstərmək kimi vəzifələr teatrın əsas fəaliyyət proqramı olub.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1973-cü il dekabrın 6-da Lənkəran Dövlət Dram Teatrı uzunmüddətli fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Yarandığı ilk vaxtlardan sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan teatr ötən 46 il ərzində 250-dən çox əsərə səhnə həyatı verib. Teatr nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə, o cümlədən Özbəkistanda, Gürcüstanda qastrol səfərlərində olub, Türkiyənin İstanbul, Ankara, Dənizli və Konya şəhərlərində, İran İslam Respublikasında keçirilən beynəlxalq festivallarda uğurlar qazanıb. Teatrın yaradıcı kollektivinin hazırladığı Üzeyir Hacıbəylinin "Olanlardan-keçənlərdən” və Cəlil Məmmədquluzadənin "Ölülər” tamaşaları Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilib.

2004-cü ildə Lənkəran Dövlət Dram Teatrının binası əsaslı şəkildə təmir edilərək yenidən qurulub. Həmin il noyabr ayının 9-da Lənkəranda səfərdə olan Prezident İlham Əliyev teatrda olub və burada görülən işləri yüksək qiymətləndirib.

Hazırda teatrda 2 xalq artisti, 3 əməkdar artist, 1 əməkdar incəsənət xadimi, həmçinin yüksək ada və şərəfə layiq olan onlarca sənət fədaisi çalışır.

Tamaşaçılarla əlaqələri möhkəmləndirmək üçün Lənkəran Şəhər Təhsil Şöbəsi ilə birlikdə "Məktəb və teatr” layihəsinə start verilib. Layihəyə əsasən yaradıcı heyətlə məktəblərə gedir, teatrı təbliğ edir, gənc kadrların cəlb olunması məsələsini qaldırır. Qonşu Astara, Lerik, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarında tamaşalar göstərir, görüşlər keçirilir.

Qonşu İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında, iki dəfə bu ölkənin Həmədan şəhərində keçirilmiş Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında da Azərbaycanı təmsil etmişik. Qazaxıstan və Türkiyə respublikaları ilə də əməkdaşlıq barədə düşünürük. 2018-ci ildə Qazaxıstanın Aktau Dram Teatrının rəhbərliyi ilə görüşərək qarşılıqlı əsərlərin hazırlanması, səfərlərin təşkili ilə əlaqədar protokol imzalamışıq.

Bu günlərdə iki tamaşanın premyerasını etdik. Bunlardan biri - qırğız dramaturqu Mar Bayciyevin "Şənbə axşamı” tamaşası böyüklər üçün nəzərdə tutulub. İkinci səhnə əsəri - T.Abdullayevin "Tilsimlənmiş qız” tamaşası isə yaz tətili günlərində məktəblilərə töhfəmiz olacaq. Cari ildə C.Cabbarlının 120 illik yubileyi münasibətilə ədibin "Vəfalı Səriyyə”, serb yazıçısı Miodraq Bulatoviçin "Qodo gəldi”, Vaqif Əlixanlının "Dənizə baxan pəncərə”, Əli Əmirlinin "Ünvansız qatar” əsərlərini də səhnələşdirməyi nəzərdə tutmuşuq.

Ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən teatr sənətinə qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə bunun bir daha şahidi olduq. Bu görüş göstərdi ki, Azərbaycan dövləti mədəniyyətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və xüsusən beynəlxalq aləmdə tanıdılması məsələlərində daim sənət adamlarının və mədəniyyət müəssisələrinin himayədarıdır.

Görüşdə dövlət başçısı mədəniyyət sahəsində çalışan insanların çıxışına diqqətlə qulaq asdı, qaldırılan məsələlərə münasibət bildirdi, tədbir görülməsi üçün tövsiyə və tapşırıqlarını verdi. Mədəniyyət işçiləri bu görüşü böyük razılıqla qarşıladılar. Ölkə rəhbərinin teatr işçilərinin aylıq əməkhaqlarının artırılması barədə təkliflərin hazırlanması və əhəmiyyətli dərəcədə artırılması ilə bağlı müvafiq qurumlara verdiyi göstəriş, həmçinin "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2019-cu il tarixli sərəncamı hədsiz sevincimizə səbəb oldu. Həmin sərəncamla bizim teatra da 100 min manat ayrılıb. Bu vəsaitlə teatrın maddi-texniki bazasını gücləndirə biləcəyik.

Prezidentin sərəncamı bizi yeni uğurlara səslədi. Dövlət qayğısının müqabilində biz də çalışacağıq ki, günün tələblərinə cavab verən yüksəksəviyyəli tamaşalar hazırlayaq.

Tofiq HEYDƏROV,

Lənkəran Dövlət Dram Teatrının direktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM