Alternative content

16:26 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın siması gündən-günə gözəlləşir
Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın siması gündən-günə gözəlləşir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:30 14.03.2019


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi, ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.

"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütunu olan yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı naminə əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, o cümlədən onlarda idmanla məşğulolma vərdişinin yaranmasına nail olmaqdır.

Sakinlərin istəkləri nəzərə alınaraq, burada 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq, 100-dən artıq müxtəlif növ ağac əkilib və ərazidə yaşıllıq zolağı salınıb.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM