Alternative content

10:34 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə amerikalı jurnalistlərə Azərbaycan həqiqətləri barədə məlumat verilib
Milli Məclisdə amerikalı jurnalistlərə Azərbaycan həqiqətləri barədə məlumat verilib
ANA SƏHİFƏ / PARLAMENT
21:15 13.03.2019

ABŞ-ın məşhur "John Batchelor” şou proqramının rəhbəri Con Batçelor martın 13-də Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev qonağa Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan deputat bildirib ki, münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.

Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Con Batçelor bildirib ki, səfərinin əsas məqsədi ölkəmiz haqqında daha geniş məlumatlar əldə etmək və bu informasiyaları ABŞ-da yaymaqdır.

"Fox” televiziyasının siyasi şərhçisi Monika Krouleyin, "BrightSphere” İnvestisiya Qrupu şirkətinin sədr müavini Nikson Koksun və digər şəxslərin də iştirak etdiyi görüşdə Azərbaycanın regiondakı vacib iqtisadi əhəmiyyətindən danışılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM