Alternative content

16:29 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyində kollegiya iclası
Təhsil Nazirliyində kollegiya iclası
ANA SƏHİFƏ / Təhsil
21:09 13.03.2019

Martın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir.

İclasda "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, "Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Nazir Ceyhun Bayramov məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Sonda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin əsasnamələri təsdiq olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM