Alternative content

19:22 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib
Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
20:55 13.03.2019

Martın 13-də Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gündəlikdəki "Ümumi təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edən komitə sədri İsa Həbibbəyli komitənin il yarımdır bu qanun layihəsi üzərində çalışdığını deyib. Bildirib ki, layihənin Milli Məclisin iclasında müzakirəsi zamanı deputatlar ona çox həssas yanaşıblar. Qanun layihəsi Maliyyə və Təhsil nazirliklərinə də göndərilib. Münasibət ümumən müsbət olub, məqbul təkliflər qanun layihəsinə daxil edilib. Əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb, əsas anlayışlar maddəsi təkmilləşdirilib.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq.

Komitə sədrinin müavini Bəxtiyar Əliyev qanun layihəsinin uzunmüddətli perspektivə hesablandığını və ümumi təhsil proqramının həyata keçirilməsi üçün qanunvericilik bazası yaratdığını bildirib. O deyib ki, qanun layihəsi mükəmməl hazırlanıb və Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilə bilər.

Komitə üzvləri Musa Qasımlı və Sona Əliyeva layihə ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra layihə üçüncü oxunuşda Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Əmək, Vergi, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziya və icazələr haqqında”, "Məktəbəqədər təhsil haqqında” və "Peşə təhsili haqqında” qanunlarda, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda (birinci oxunuş), "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Dövlət rüsumu haqqında”, "Mühasibat uçotu haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Təhsil haqqında”, "Peşə təhsili haqqında” qanunlarda da dəyişikliklər edilməsi barədə məsələlərə baxılıb. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır, qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Komitə üzvləri bu qanunlara təklif olunan dəyişiklikləri də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Bununla da elm və təhsil komitəsinin iclası başa çatıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM