Alternative content

00:10 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
Prezident İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
17:11 13.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM