13 Mart 2019 13:51
2106
Qəbullar
A- A+

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək ölkəmizə Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirdi. Xanım Vayra Vike-Freyberqa dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğuladı. Xanım Vayra Vike-Freyberqa bildirdi ki, "Dünyanın yeni xarici siyasəti” mövzusunda təşkil olunacaq bu Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd etdi və bunu Nizami Gəncəvi Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini dedi və Forum çərçivəsində qlobal əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğuladı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə qurumun İdarə Heyəti adından dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video