13 Mart 2019 13:49
385
DÜNYA
A- A+

Efiopiyadakı qəzadan sonra “Boeing” kompaniyası 26,6 milyard dollar itirib


Efiopiyada "Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasından sonra Amerikanın "Boeing” kompaniyasının bazar kapitalı 26,6 milyard dollar azalıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, martın 12-də Nyu-Yorkun fond birjasında (NYSE) keçirilən hərracların nəticəsinə əsasən, kompaniyanın aksiyaları 6,15 faiz ucuzlaşaraq 375,41 dollara enib. Son iki gün ərzində bu göstərici 11 faizdən çox olub. Martın 8-də aksiyaların qiyməti 422,54 dollar təşkil edirdi.

Beləliklə kompaniyanın kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Martın 8-də keçirilən hərraclarda onun kapitalı 238,7 milyard dollar idi.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan "Ethiopian Airlines” aviakompaniyasına məxsus "Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air” aviakompaniyasına məxsus "Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr və aviakompaniyalar 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video