13 Mart 2019 09:44
604
İDMAN
A- A+

“Yuventus” inamlı qələbə sayəsində UEFA Çempionlar Liqasının dörddəbir finalına yüksəlib


Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab qarşılaşmasında "Yuventus” klubu doğma meydanda "Atletiko Madrid”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması "Yuventus”un ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb.

Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan "Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib.

"Atletiko Madrid” isə final qarşılaşmasının doğma arenasında – "Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video