Alternative content

18:29 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BSU-da “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirildi
BSU-da “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirildi
ANA SƏHİFƏ / Təhsil
03:00 13.03.2019


Martın 12-də Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş "İlaxır çərşənbə səfirlərlə” adlı təntənəli tədbir keçirildi.

Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Məltəm Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət işləri üzrə məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgiy Selskiy, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputat Sahibə Qafarova, Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin, "Kaspi” mətbuat və təhsil mərkəzinin rəhbəri Sona Vəliyeva, təhsil eksperti, professor Şahlar Əsgərov və media nümayəndələri iştirak ediblər.

Bayram tədbirini giriş sözü ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva açdı. O, hər il olduğu kimi bu il də yazın gəlişinin BSU-da xüsusi ab-hava ilə qarşılandığını vurğuladı. Rektor Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açaraq bildirdi ki, Azərbaycan xalqı əsrlərboyu bu bayramı xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində başqa ölkələrə nümunə olduğunu vurğulayan Nurlana Əliyeva xalqımızın milli adətlərini, süfrə mədəniyyətini dünya xalqlarına sərgiləmək məqsədilə səfirlərin tədbirə dəvət edildiyini diqqətə çatdırdı. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyeva bildirdi: "Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində ideologiyamızın əsas elementlərindən birinə çevrilmiş və dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaratmışdır”. Çıxışının sonunda rektor bayram münasibətilə hər kəsi təbrik etdi, xoş arzularını bildirdi.

Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qeyd etdi ki, Azərbaycan xalqının ruhunda multikulturalizm, tolerantlıq yaşayır: "Azərbaycanda Novruz bayramı uzun illərdir xüsusi təntənə ilə keçirilir. Yaxın gələcəkdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm”.

Sonra BSU-nun yerli və əcnəbi tələbələri müxtəlif dünya dillərində bayram təbriki səsləndirdilər.

Tədbir çərçivəsində rektor, professor Nurlana Əliyeva tərəfindən Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsində qalib gələn BSU-nun "Kaspi” komandasının üzvlərinə və Belarusun Minsk şəhərində keçirilən "54-cü Ulduz yürüşü” adlı beynəlxalq tədbirdə iştirak edən bir qrup fəal tələbəyə diplom verildi.

Bayram tədbiri BSU-nun "Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı bir-birindən maraqlı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam etdi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM