12 Mart 2019 22:21
1184
Təhsil
A- A+

Müharibə veteranları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olublar


Martın 12-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tələbələrin Azərbaycan Respublikasının müharibə veteranları ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarını salamlayıb. O, təşkilatın böyüməkdə olan nəsildə yüksək vətənpərvərlik şüurunun, vətəndaş mövqeyinin, yüksək əsgəri borc hissinin, habelə hərbi xidmətə və Vətənin müdafiəsinin keşiyində durmağa hazırlığın formalaşmasına yönəldilən fəaliyyətindən söz açıb.

Sonra söz Böyük Vətən müharibəsi veteranı İsmayıl Fərəcova verilib. O, müharibə barədə xatirələrini bölüşərək deyib: "Fəxr edirəm ki, qadınlar da Vətən uğrunda kişilərlə çiyin-çiyinə mərdliklə mübarizə aparıblar. Müharibədə yanımda olan bütün qadınlarla qürur duyuram”.

Əfqanıstan və Qarabağ müharibələri veteranı, ehtiyatda olan polkovnik, SSRİ dövründə bir çox hökumət mükafatları ilə təltif edilən Elşad Şabanov çıxışında qəhrəmancasına döyüşən azərbaycanlılara ən yüksək fəxri adların verilməsindən, onların orden və medallarla təltif edilməsindən söz açıb.

Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə veteranlara diqqət və qayğı göstərib və hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Cəlil Xəlilov Seçenov Universitetinin Bakı filialının tərbiyə və dərsdənkənar iş departamentinin rəhbəri Leyla Əhmədzadəyə "General Həzi Aslanov” yubiley medalını təqdim edib, Azərbaycanın layiqli müdafiəçiləri olmaq üçün tələbələrə təhsildə uğurlar, möhkəm ruh və Vətən sevgisi arzu edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video