12 Mart 2019 22:16
418
DÜNYA
A- A+

Dənizin dibi ilə İstanbulun Avropa hissəsi və Kocaeli vilayətini birləşdirən dəmir yolu xətti açılıb


Mərmərə dənizinin dibi ilə şəhərətrafı qatarların hərəkət edəcəyi və İstanbulun Avropa hissəsindəki Halkalı rayonu ilə Kocaeli vilayətinin Qəbzə qəsəbəsini birləşdirən dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun Kartal rayonunda keçirilən Halkalı-Qəbzə şəhərətrafı qatar xəttinin açılışı mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. O, Kartaldan Maltəpəyədək qatarın sükanı arxasına keçib.

Uzunluğu 63 kilometr olan yeni dəmir yolu xəttindən gündəlik 1,7 milyon sərnişinin istifadə edəcəyi gözlənilir. Ümumilikdə 43 stansiyası olan marşrutla ilk stansiyadan 70 dəqiqəyə mənzilbaşına çatmaq mümkün olacaq. Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında deyib ki, Halkalı-Qəbzə xətti Pekindən Londona uzanacaq dəmir İpək yolunun da bir hissəsidir. Onun sözlərinə görə, sürət qatarlarının hərəkət edəcəyi bu marşrut vasitəsilə İstanbulun Avropa və Asiya hissələrinə gediş-gəliş asanlaşacaq. İstanbulun 10 rayonunun sakinləri bu qatarlardan rahatlıqla istifadə edə biləcəklər. Bu marşrutun açılması ilə Türkiyənin bu ən böyük şəhərinin dəmiryolu sistemi 170 kilometrdən 233 kilometrə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video