Alternative content

12:14 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
22:14 12.03.2019

Martın 12-də Milli Məclisin səhiyyə komitəsində "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə dair dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov dünyada transplantasiyanın son 50 ildə inkişaf etməyə başladığını deyib. Bildirib ki, hər il dünyada 120 mindən çox orqan transplantasiya olunur. Amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbatı bundan dəfələrlə çoxdur.

Əhliman Əmiraslanov bildirib ki, orqan transplantasiyası sahəsində dünyanın müxtəlif regionları arasında da ciddi fərqlər var. Avropada hər il 1 milyon nəfərə təxminən 40, MDB məkanında isə 1 milyon nəfərə 4-9 transplantasiya düşür. Azərbaycanda orqan transplantasiyasının yetərli səviyyədə aparılmamasının səbəbi donorların, lazımi sayda orqanların olmamasıdır. Digər tərəfdən "Orqan və toxuma transplantasiyası haqqında” mövcud qanun bugünkü tələblərlə ayaqlaşmır. Ona görə də belə qərara gəldik ki, orqan transplantasiyası haqqında yeni mükəmməl bir qanun hazırlayaq. Təxminən bir il əvvəl parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi altında işçi qrupu yaradılıb, layihə hazırlanıb. Bu dinləmələrdə irəli sürülən təkliflər nəzərə alınaraq, layihəyə dəyişikliklər də edilə bilər. Bugünkü dinləmələrdə Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri iştirak edir.

Səhiyyə komitəsinin sədr müavini, işçi qrupunun rəhbəri Musa Quliyev bildirib ki, yeni qanun layihəsi hazırlanarkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və bir sıra ölkələrin təcrübəsi nəzərə alınıb. Qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə verilməsi əksini tapıb.

Musa Quliyev diqqətə çatdırıb ki, şəxs sağlığında razılıq veribsə, beyin ölümü keçirən zaman orqanlarından transplantasiya məqsədilə istifadə edilə bilər. Əgər belə razılıq verməyibsə, orqanlarından transplantasiya məqsədilə istifadə edilib-edilməməsi barədə vəsiyyəti yoxdursa, bu halda yaxınlıqdakı doğma bir şəxsin razılığı kifayət edə bilər. Bütün övladlarının razılığının alınması kimi təkliflər də vardı, ancaq bunu məqbul saymırıq. Layihəyə əsasən insan orqanlarının alqı-satqısı və reklamı qadağandır.

Səhiyyə komitəsinin sədr müavini Azərbaycanda xüsusən gənc insanların qəfil ölümü zamanı orqanlarının götürülməsinə yanaşmanın müsbət qarşılanmadığını söyləyib. Bildirib ki, ona görə bu sahədə QHT-lər tərəfindən də maarifləndirmə işləri aparılmalıdır.

Dinləmələr zamanı çıxış edən komitə üzvləri İlham Məmmədov, Rəşad Mahmudov, Kamilə Əliyeva, Rafiq Məmmədhəsənov, müvafiq qurumların mütəxəssisləri qanun layihəsini yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini bildiriblər.

Sonra səhiyyə komitəsinin sədr müavini, İşçi qrupunun rəhbəri Musa Quliyev səsləndirilən təkliflərə münasibət bildirib, məqbul təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

Dinləmələrə yekun vuran səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirin çox faydalı olduğunu qeyd edib. Bildirib ki, burada səsləndirilmiş təkliflər əsasında qanun layihəsi üzərində iş davam etdiriləcək və komitənin növbəti iclaslarından birində layihə yenidən müzakirəyə çıxarılacaq.

Bununla da Milli Məclisin səhiyyə komitəsində "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə dair dinləmələr başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM