12 Mart 2019 22:06
682
İDMAN
A- A+

Rusiyalı gimnast Bakıda keçiriləcək dünya çempionatının səfiri seçilib


Məşhur rusiyalı gimnast Yana Batırşina bu il sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri elan olunub.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Y.Batırşinanın namizədliyi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənib.

Bir neçə dəfə dünya çempionu, "Atlanta 1996” Yay Olimpiya Oyunlarının mükafatçısı dünya çempionatının təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Proqram çərçivəsində bir sıra tədbirlər və azarkeşlərlə görüş nəzərdə tutulub.

Gimnast karyerasını başa vurduqdan sonra Y.Batırşina televiziyada çalışmağa başlayıb. 2000-ci ildən Rusiyanın müxtəlif kanallarında bir sıra verilişlərin aparıcısı olan Batırşina Rusiyanın Birinci kanalında gənclər üçün populyar olan "До 16 и старше” proqramında aparıcılıq edib. 2001-ci ildə növbəti iki il ərzində idman xəbərlərini aparmaq üçün "Paytaxt” kanalına keçib. Burada o "İdman” telekanalının əməkdaşları tərəfindən diqqəti cəlb edib və həmin kanalda işləməyə başlayıb. Y.Batırşina bu idman kanalında 2012-ci ilə qədər çalışıb.

Bu layihə ilə yanaşı, Yana, digər layihələrdə də rol alıb. 2002-ci ildə izləyicilər Yananı "Fort Boyard” adlı televiziya şousunda görürlər. İki il sonra isə keçmiş idmançı "Xalq artisti” musiqi şousunda aparıcı qismində çıxış edib.

2013-2016-cı illərdə "Karusel” uşaq telekanalında "Bir nəfər hamıya qarşı” proqramını aparıb. 2014-cü ildə Vankuver Qış Olimpiya Oyunları zamanı Y.Batırşina "İdman plyus” kanalının xüsusi Olimpiya kanalında aparıcılıq edib.

Yana "Parni iz Baku” Şən və Hazırcavablar Klubunun sabiq üzvü, NTV kanalının baş prodüseri Timur Vaynşteyn ilə ailəlidir. Onların Maryam və Ayla adında iki qızı və ötən ilin fevralında doğulmuş Leonid adlı oğulları var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video