12 Mart 2019 17:07
750
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində “ASAN Kadr” Karyera Mərkəzinin 2-ci “Karyera sərgisi” keçirilib


Martın 12-də "ASAN Könüllülük” Məktəbinin "ASAN Kadr” Karyera Mərkəzinin və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci "Karyera sərgisi” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov artıq ikinci ildir ki, keçirilən "Karyera sərgisi”nin gənclərin həyatına müsbət təsirini qeyd edib. Həm potensial kadr axtaran şirkətləri, həmçinin işlə təmin olunmaq arzusunda olan gəncləri bir araya gətirən bu sərginin əhəmiyyətindən danışan rektor belə layihələrin gənclər üçün təşkil edilə biləcək ən yaxşı sosial məsuliyyət layihələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Kadr” Karyera Mərkəzi vasitəsilə yüzlərlə gənc və şirkətlər arasında əlaqə yaradıldığını, onların işlə təmin olunmasına kömək göstərildiyini bildirib. Dövlət Agentliyinin sədri, həmçinin "Karyera sərgisi”nin təşkil edilməsində göstərilən dəstəyə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib.

Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş sərgidə vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Mütəmadi olaraq təşkil olunan "Karyera sərgisi”nin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır. "Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil olunan sərgidə, ümumilikdə, 80-dən çox müəssisə təmsil olunub.

"ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan "ASAN Kadr” Karyera Mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video