Alternative content

11:48 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubada bir ay ərzində 37 minə yaxın sakin kütləvi tibbi müayinə olunub
Qubada bir ay ərzində 37 minə yaxın sakin kütləvi tibbi müayinə olunub
ANA SƏHİFƏ / Səhiyyə
14:59 12.03.2019

Üç nəfərin hepatit B, dörd nəfərin isə vərəmə yoluxduğu müəyyənləşib


Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Quba rayonunda fevralın 12-dən indiyədək 37 minə yaxın sakin müayinə olunub.

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əmir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 37-i stasionar müalicəyə cəlb edilib. 97 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Əmir Əliyev bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Qubada keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.

Müayinələr nəticəsində sosial və epidimaloji əhəmiyyət kəsb edən bəzi xəstəliklər də aşkarlanıb. Müayinələrlə 3 nəfərin hepatit B, 4 nəfərin isə vərəmə yoluxduğu müəyyənləşib.

Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün 13 səyyar həkim briqadası da yaradılıb.

Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM