Alternative content

04:21 27 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
13:56 12.03.2019

Martın 12-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli əvvəlcə ölkəmizdə sosial sahədə görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev 2019-ci ili sosial təminat məsələləri baxımından önəmli il adlandırıb. Həqiqətən də iki ay müddətində bu istiqamətdə köklü, inqilabi addımlar atılıb ki, bu da əhalinin güzəranının yaxşılaşdırılmasına hesablanıb. Buraya minimum əmək haqlarının, pensiyaların, Qarabağ əlillərinin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar daxildir.

Sonra gündəlikdəki məsələlərə baxılıb.

İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik istilik stansiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, "Turizm haqqında” Qanuna təklif olunan dəyişikliklərə əsasən, sənədin 4-cü maddəsinə "Bu maddənin 1-ci hissəsinin 1.2.-ci bəndində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır” məzmunlu 2-ci bənd əlavə olunur. Bundan başqa, Qanunun 4-1-ci maddəsinə "300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir” məzmunlu 4-1.4-cü bənd əlavə edilir.

Sonra Əmək, Vergi və İnzibati Xətalar məcəllələrinə, birinci oxunuşda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılıb. Qeyd olunub ki, dəyişikliklər "Təhsil haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Əmək, Vergi və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihəsi isə "Peşə təhsili haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Daha sonra "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Dövlət rüsumu haqqında”, "Mühasibat uçotu haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Lisenziyalar və icazələr haqqında” və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM