12 Mart 2019 13:51
504
SİYASƏT
A- A+

Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı növbəti hazırlıq iclası olub


Martın 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövlətə çevrildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artdıqca narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar.

Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sonra Narkotiklərlə Mübarizə üzrə 36-ci Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib.

Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video