12 Mart 2019 12:51
290
CƏMİYYƏT
A- A+

Lənkəranlı gənc müəllim bir neçə dəqiqəyə dünya ölkələrinin xəritələrini çəkir


Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan gənc müəllim Vüsal Cabbarov qeyri-adi bacarığa malikdir. O, dünya ölkələrinin xəritələrini bir neçə dəqiqəyə çəkməklə onların coğrafi mövqeyi barədə də məlumat verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca tarix müəllimi olan Vüsal Cabbarov ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər də yaradır. Gənc müəllim bu əl işlərini ərsəyə gətirərkən heç bir rəngdən istifadə etmir.

Vüsal Cabarov deyir ki, məktəbdə tarix fənnini təsdris edərkən xəritələrə tez-tez müraciət edir. O, müasir dünya dövlətləri ilə yanaşı, tarixdə mövcud olmuş imperiyaların da xəritələrini çəkə bilir.

Onun əl işlərini almaq istəyənlər də olub. Lakin, gənc müəllim əsərləri üzərində müəlliflik hüququnu təsdiq etdirdikdən sonra bu barədə düşünəcəyini deyir.

Gənc müəllimin əl işləri dəfələrlə regional və republika əhmiyyətli sərgilərdə nümayiş olunaraq diplomlarla layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video