12 Mart 2019 12:19
387
DÜNYA
A- A+

Venesuelada iş günü ləğv edilib və məktəblərdə məşğələlər dayandırılıb


Venesuelada elektrikin kəsilməsi səbəbindən martın 13-də iş günü və məktəblərdə məşğələlər ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro özünün "Twitter” səhifəsində yazıb.

Bundan öncə Venesuelanın vitse-prezidenti, rabitə və informasiya naziri Horhe Rodriges martın 12-də iş gününün və məktəblərdə məşğələlərin ləğv olunduğunu bildirmişdi. Hökumət martın 8-də və 11-də də analoji qərar qəbul etmişdi.

Xatırladaq ki, martın 7-dən Venesuelanın əksər ştatlarının elektrik təminatı kəsilib. Yerli KİV-lərin məlumatına görə, burada 23 ştatdan 20 və ya 22-dən söhbət gedir.

Milli Elektrik Kompaniyası hadisəyə Bolivar ştatında yerləşən Simon Bolivar adına su elektrik stansiyasında baş verən sabotajın səbəb olduğunu bildirib. Maduro isə öz növbəsində insidentdə "Amerika imperializmini” təqsirləndirib. ABŞ dövlət departamenti bu ittihamı təkzib edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video