12 Mart 2019 03:10
843
İQTİSADİYYAT
A- A+

Azərbaycan 10 milyonuncu vətəndaşını gözləyir


Azərbaycan 10 milyonuncu vətəndaşının yolunu gözləyir. Əhalinin sayı getdikcə bu rəqəmə yaxınlaşmaqdadır. Belə ki, cari il yanvarın 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 981 min 457 nəfər olub.

Hesablamalar göstərir ki, bu il martın sonunda, yaxud aprelin əvvəlində ölkənin 10 milyonuncu vətəndaşı dünyaya gələcək. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.

Azərbaycanda əhali təbii yolla çoxalır. Yəni doğulanların sayı dünyasını dəyişənlərin sayını üstələyir. Son illərdə əhalinin artmasına müəyyən dərəcədə miqrasiya saldosunun müsbət olması - ölkəyə daimi yaşamağa gələnlərin buradan biryolluq köçənlərdən çox olması da təsir göstərir.

Dünyasını dəyişənlərin sayına gəldikdə, ölümün səviyyəsi əhalinin hər 1000 nəfərinə hesabı ilə 5,8 təşkil edir. Keçən il ölkədə 57 min 250 ölüm halı qeydə alınıb.

Doğumun səviyyəsi isə hər 1000 nəfərə 14,2 təşkil edir. İl ərzində 138 min 982 uşaq dünyaya gəlib. O cümlədən 1376 ailə əkiz, 117 ailə isə üçəm övladla sevinib.

Doğulan körpələrin arasında qızların xüsusi çəkisi 46,6 faiz təşkil edir. Bunun nəticəsidir ki, anadan olan hər 100 qıza 115 oğlan düşür. Bioloji norma isə 105-107-dir. Oğlanlarla qızların sayı arasında təbii tarazlığın pozulmasına səbəb məlum süni müdaxilələrdir.

2018-ci ildə Azərbaycana daimi yaşamaq üçün 3220 nəfər gələn, ölkədən 1580 gedən qeydə alınıb.

Beləliklə, əhali 83 min 372 nəfər, yəni 0,8 faiz artıb.

Dövlətin sosial siyasəti həm də bu artıma hesablanır. Bu, yalnız yeni doğulanlara görə hər ailəyə verilən müavinətlərlə, çoxuşaqlı analara ödənilən aylıq vəsaitlə, uşaqların və qadınların sağlamlığına yönəldilən və digər bu kimi tədbirlərlə məhdudlaşmır. Getdikcə artan əhalinin hərtərəfli ehtiyacını qarşılamaq üçün genişmiqyaslı işlər həyata keçirilir. Bu, uşaq bağçaları və məktəblərin, müalicə ocaqlarının, idman komplekslərinin şəbəkəsinin genişləndirilməsi, ərzaq bolluğu yaradılması, iş yerlərinin açılmasına yönəldilən tədbirlərdir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev bu barədə demişdir: "Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.

Necə deyərlər, Azərbaycan dünyaya gələn vətəndaşlarını əliboş qarşılamır. Onların xoşbəxt sabahı üçün indidən geniş tədbirlər görür. Əhalimiz də artır və biz indi artıq yaxın günlərdə dünyaya göz açacaq 10 milyonuncu vətəndaşın yolunu gözləyirik.

Paytaxtdamı doğulacaq, bölgədəmi, - fərq etməz, - qurub-yaradan, gündən-günə inkişaf edən bir ölkənin vətəndaşı olacaq.

Oğlan olacaq, yoxsa qız? Hər ikisi əzizdir. Biri düşmən sipəri, torpağı, vətəni qoruyan, digəri bir sona, gələcəyin anasıdır.

Hansı ailədə doğulacaq? Bunun da fərqi yoxdur. Mentalitetimiz belədir ki, doğulan hər körpə təkcə ata-anasının, nənə-babasının deyil, bütün el-obanın sevincidir. Odur ki, yolunu gözləyirik, 10 milyonuncu vətəndaş!

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video