12 Mart 2019 03:09
1013
Səhiyyə
A- A+

İsmayıllılar üçün də pulsuz tibbi müayinə təşkil edilib


İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında dövlətin əhali üçün yaratdığı şansdan bəhrələnməyə çalışırlar. Növbəlilik əsasında hər kəs sağlamlığı ilə bağlı problemini aradan qaldırmaq üçün həkimin qəbuluna tələsir.

Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Abdullətif Maqsudovla söhbət zamanı bildirdi ki, fevralın 12-dən başlayaraq Prezident İlham Əliyevin tapşırığına və Səhiyyə Nazirliyinin müvafiq sərəncamına uyğun respublikamızda əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb. Bununla əlaqədar rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da fevral ayının 6-da sərəncam verib. Həmin sərəncamla tibbi müayinənin nümunəvi təşkili ilə bağlı tədbirlər müəyyənləşdirilib. RİH başçısının sədrliyi ilə komissiya yaradılıb, işçi qruplarının tərkibi müəyyənləşdirilib, qrafik tərtib edilib.

Yaradılan komissiyanın iştirakı ilə 9 fevral 2019-cu il tarixdə rayon icra hakimiyyətində keçirilən müşavirədə tibbi müayinənin əhəmiyyəti və mahiyyətindən, bu sahədə icra strukturlarının üzərinə düşən vəzifələrdən, bunun xalqa xidmətin gərəkli yolu olduğundan ətraflı bəhs edilib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov qeyd edib ki, bütün tibb müəssisələri müayinə üçün tam hazır vəziyyətə gətirilib. Komissiyanın sədr müavini, RİH başçısının müavini Sevil Əhmədova iştirakçıları tibbi müayinə qrafiki ilə tanış edib, mayın 1-dək davam edəcək tibbi müayinə və dispanserizasiyasının yüksək səviyyədə həyata keçiriləcəyini bildirib.

Məlumat verildi ki, son günlərədək 16 min nəfərə yaxın ismayıllılı tibbi müayinə ilə bağlı müraciət edib və onlar ixtisaslı həkimlər tərəfindən müayinə ediliblər. Onlardan 435-i ambulator, 127-si stasionar, 12 nəfəri isə Bakı şəhərindəki ixtisaslaşmış sağlamlıq ocaqlarında müalicəyə cəlb olunub.

Əhalinin tibbi müayinəsi zamanı mütəşəkkilliyin təmin olunması nəzərdə tutulub. Bu məqsədlə 16 həkim məntəqəsi yaradılıb. Əsas üstünlük həkim məntəqələrinə, poliklinikalara və xəstəxanalara verilib. 18 yaşdan yuxarı 61 min 832 nəfərlik əhali kampaniya müddətində müayinə ediləcək.

Kəskin respirator xəstəlikdən əziyyət çəkənlərdən Nərmin Ələsgərova Aşağı Zərnava kəndindən gəlib. İnanır ki, həkimlərin səyləri nəticəsində tezliklə əvvəlki sağlamlığına qovuşacaq.

Arizə Həmidova Talıstan kəndindəndir. III qrup əlildir. Məqsədi ümumi müayinə olunmaqdır. Əvvəlki pulsuz tibbi müayinələrdə də yaradılan imkandan bəhrələndiyini deyir.

Hənifə Əliyeva isə əslən Laçın rayonunun Şeylanlı kəndindəndir. Məcburi köçkün kimi İsmayıllı rayonunun Qalınçaq kəndində məskunlaşıb. İnanır ki, keçirilən müayinənin nəticələrinə uyğun aparılan müalicə kömək edəcək və tezliklə sağlamlığına qovuşmaq imkanı əldə edəcək.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video