11 Mart 2019 21:21
1341
PARLAMENT
A- A+

Ekoloji təhlükəsizlik qanunvericiliyini pozanları yeni cəzalar gözləyir


Martın 11-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclasda Milli Məclis Sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov gündəliyə daxil olan qanun layihələrini təqdim etdi.

İclasda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev əvvəlcə "Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat verdi.

Bildirildi ki, qanun layihəsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli qanunun icrası məqsədi ilə hazırlanıb.

Su Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.

İclasda, həmçinin "Meliorasiya və irriqasiya haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Balıqçılıq haqqında”, "Elektroenergetika haqqında” və "Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş), "Ekoloji təhlükəsizlik haqqında”, "Su təchizatı və tullantı suları haqqında”, "Avtomobil yolları haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında”, "Aviasiya haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) , eləcə də "İctimai iştirakçılıq haqqında”, "Dəniz limanları haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında” və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirə edildi.

Qeyd edildi ki, "Su təchizatı və tullantı suları haqqında” qanuna təklif olunan dəyişiklik şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı strateji ekeoloji qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur. "İnformasiya əldə etmək haqqında” qanunda isə dəqiqləşdirmə xarakterli düzəliş edilir.

"İctimai iştirakçılıq haqqında” qanunda ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü sırasına hüquqi şəxlsər əlavə edilir. İctimai şuraların səlahiyyətləri sırasına ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji qiymətləndirilməsi (SEQ) ilə bağlı ictimai dinləmə təşkil etmək səlahiyyəti daxil edilir.

Son olaraq, "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” (birinci oxunuş) və "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri də müzakirə edildi.

Bildirildi ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna təklif olunan dəyişikliklər, həmçinin hansı hallarda ətraf mühitə təsirin qiymətləndirilməsinin tələb olunmadığı, yenidən ətraf mühitə dair təsirin qiymətləndirilməsinin həyata keçirildiyi halları, eyni zamanda transsərhəd təsirlərin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Qeyd edildi ki, "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyənləşib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə yeni 275.3-cü bənd əlavə edilir.

Yeni sənədə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəyin verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İclasda iştirak edən deputatlar qanun layihələrini yüksək qiymətləndirdi və layihələrin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video