Alternative content

10:36 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bişmiş tərəvəzlərin əsas üstünlükləri
Bişmiş tərəvəzlərin əsas üstünlükləri
ANA SƏHİFƏ / Səhiyyə
21:12 11.03.2019

Ekspertlər bişmiş tərəvəzləri rasionumuza daha tez-tez daxil etməmizi məsləhət görürlər.
Sağlam dəri. Bişmiş tərəvəzlərdən istifadə sayəsində biz dərimizin sağlam, cavan və elastik olmasını təmin edə bilərik. Bu məqsədlər üçün kök, ispanaq və pomidor daha uyğundur. Çünki bu tərəvəzlərin tərkibində yüksək miqdarda suyun və nutrientlərin (antioksidantlar və iltihabəleyhinə komponentlər) olması müəyyən edilib. Bunlar dərimizin müdafiəsi üçün zəruridir.

Sağlam böyrəklər. Əgər siz sidik kisəsində daş xəstəliyindən əziyyət çəkirsinizsə, o zaman mütləq bişmiş tərəvəzlərdən istifadə edin. Bu, ciddi ağırlaşmalardan qorunmağa kömək edir. Ekspertlər hesab edirlər ki, bu ərzaqların gündəlik rasiona daxil edilməsi böyrəklərdə daş əmələ gəlməsinin əvvəlcədən qarşısını alır.

Sağlam saçlar. Saç əkilməsi sahəsi üzrə ayrı-ayrı mütəxəssislər hesab edirlər ki, kök tük follikullarını stimullaşdıraraq, saçların uzanmasına şərait yaradır. Baş üçün maskalar xüsusilə effektlidir. Bir neçə kökü qaynadın, sonra əzərək elə bişdiyi su ilə qarışdırın. Alınan kütləni başın dərisinə çəkin. Yarım saat saxladıqdan sonra yuyun.

Sağlam mədə. "Helicobacter pylori” adlı bakteriyaların əmələ gətirdiyi mədə pozuntularına qarşı qida rasionuna bəzi dəyişikliklər etməklə, bişmiş tərəvəzlərdən istifadə etməklə mübarizə aparmaq mümkündür. Bu ərzaqlar asan həzm olunur, mədə divarlarına daha az təzyiq göstərirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM