11 Mart 2019 16:59
444
DÜNYA
A- A+

Məhəmməd İşteyyə Fələstinin yeni Baş naziridir


Fələstinin yeni hökuməti siyasi qüvvələrin birliyini təmin etmək və Nazirlər Kabinetinin Qəzzə bölməsində legitimliyinin tanınmasına nail olmaq niyyətindədir. Bu barədə Fələstinin yeni təyin olunmuş Baş naziri Məhəmməd İşteyyəyə istinadən "Anadolu” agentliyi xəbər verib.

İşteyyə bildirmişdir ki, "Prezident Mahmud Abbas kimi mənim üçün də ən vacib məsələ xalqın əziyyətini yüngülləşdirməkdir”. O əlavə etmisdir ki, "güclü hökumət Fələstin xalqına öz milli layihəsini reallaşdırmağa imkan verəcək”.

Xatırladaq ki, cari ilin əvvəllərində FƏTH Mərkəzi Komitəsi HƏMAS hərəkatı ilə barışıq səylərinin nəticə vermədiyini elan etmiş və Fələstin Azadlıq Təşkilatına yaxın olan qruplaşmaların üzvlərindən ibarət yeni hökumət formalaşdırmağı təklif etmişdir. Eyni zamanda yeni Nazirlər Kabinetinə FƏTH-in nümayəndəsi başçılıq etməli idi.

FƏTH-in tövsiyəsini nəzərə alan Mahmud Abbas yanvarın 29-da milli barışıq hökumətinin başçısı Rami Həmdullahın istefasını qəbul etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video