Alternative content

11:00 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İLHAM ƏLİYEV bir aya Saray nənəyə möhtəşəm ev tikdirdi
İLHAM ƏLİYEV bir aya Saray nənəyə möhtəşəm ev tikdirdi
ANA SƏHİFƏ / SİYASƏT
01:26 10.03.2019


Fevralın 5-6-da Şimal bölgəsində baş verən təbii fəlakət Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəsadlar yaratdı. Zəlzələ nəticəsində xeyli evlər qəzalı duruma düşdü. Bir gün sonra Prezident İlham Əliyev dərhal zəlzələ bölgəsinə səfər edərək insanlara böyük dəstək oldu.

Prezident İlham Əliyevin bu səfərinin ən mühüm məqamı yalnız zəlzələnin fəsadlarını yerindəcə öyrənmək deyildi. Bu, ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin real təcəssümü idi. Prezidentin Saray nənənin zəlzələ nəticəsində dağılmış evinə baş çəkməsi, ağbirçək ananın əlindən, gözündən öpüb ona ürək-dirək verməsi ananın ürəyini dağa döndərdi. Dövlət başçısı dağılmış evin yerində daha möhtəşəm mənzilin tikiləcəyi ilə bağlı Saray nənəyə söz verdi.


"Elə bil ki, gəlişinizlə məni götürüb dağın başına qoymusunuz”


Cəmi bir aydan sonra, martın 7-də isə İlham Əliyev verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün yenə zəlzələ bölgəsinə üz tutdu. Bu dəfə isə Prezident Şamaxıya tək getməmişdi. Saray nənənin istəyini yerinə yetirərək xanımı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə səfər etmişdi.

Bir ay müddətində biz də jurnalist marağı ilə 2 dəfə zəlzələ bölgəsinə baş çəkib həm Prezidentin tapşırığının icrasının necə yerinə yetirilməsi, həm də müvəqqəti sığınacaqlarda yerləşdirilən sakinlərin durumu ilə maraqlanıb reportajlar hazırlamışdıq.

Səfər çərçivəsində Saray nənə ilə də görüşüb Prezidentlə söhbətinin təəssüratlarını dinləyərkən hətta ağbirçək ana qəzetimiz vasitəsi ilə dövlət başçısına ismarıc da göndərmişdi: "İlham, oğlum, Sən mənə ancaq yeni ev vermirsən, arxa-dayaq olmaqla ömrümə ömür qatırsan...”.

Və cəmi 1 ay keçdi, İlham Əliyev 1964-cü ildə tikilən köhnə evin yerində Həsənovlar ailəsinə 9 bal gücündə zəlzələyə davamlı və əvvəlkindən daha möhtəşəm 4 otaqlı ev tikdirdi. Saray nənə martın 7-də yeni evinə qovuşdu...

Yeni evində çox xoşbəxt görünən ağbirçək ana dövlət başçısına və xanımına min alqış elədi.

Saray nənə: "Gələn ayaqlarınız var olsun. Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz...Allah haqqı, mən bilirdim ki,

İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şərait yaratdı da. Bir ana kimi mənim hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban”.

Prezident: "Bir ay keçdi, yenə görüşürük. Bir ay keçdi gəldim. Bir aydan sonra artıq sizin üçün gözəl ev hazırdır”.

Saray nənə: "Sağ olun, elədir. Hər cür şərait yaratmısan. Çox sağ ol, çox var ol. Allah-taala ömrünüzü uzun etsin. Yoldaşınla qarıyasan, nəvəli-nəticəli olasan”.

Saray nənə: "Siz də balamsınız, özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı çox uca etmisən”.

Prezident: "Siz buna layiqsiniz. Bütün Azərbaycan sizi tanıyır, bütün Azərbaycan sizi sevir”.


"Həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim”


Prezidentin bir aydan sonra yenidən zəlzələ bölgəsinə səfəri sakinlərin qəlbində iftixar hissi yaratdı. İnsanlar bir daha əmin oldular ki, onlar tək deyillər. Arxalarında güclü dövlət və onun qətiyyətli rəhbəri var.

Əvvəlcə martın 6-da Ağsuya səfər edən Prezident zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış oldu. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verərək bildirdi ki, artıq Şamaxıda 22, İsmayıllıda 10, Ağsuda isə 6 fərdi evin tikintisinə başlanılıb. Tikilən yeni evlər əvvəlki evlərdən daha böyükdür və 9 bal gücündə zəlzələyə hesablanıb.

Tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verən Prezident sakinlərlə görüşüb söhbətləşdi. Vətəndaşları səbirlə dinləyən, məktublarını qəbul edən İlham Əliyev Ağsuya səfərinin məqsədini açıqladı:

"Gəlmişəm ki, problemləri həll edim. Mənə verilən məktubların hər birinə baxılacaq, narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mənim işim sizə xidmət etməkdir. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.

Bütün bunlar Prezidentin verdiyi sözə necə əməl etməsinin real göstəricisidir. Bütün bunlar vətəndaşlarda əminlik yaradır ki, İlham Əliyev heç vaxt xalqı darda qoymaz və dövlət həmişə vətəndaşının yanındadır.

Onu da əlavə edək ki, dövlət başçısı Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini də qoydu. 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada 4 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil olacaq.


"Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir”


"Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

Ölkə ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşlərdə bu fikirləri səsləndirən döylət başçısı əməli ilə bir daha təsdiq edir ki, fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Hər zaman atdığı addımlarda xalqın maraqlarını üstün tutan, hər bir vətəndaşın Prezidenti olduğunu əməldə sübut edən dövlət başçısının sosial siyasəti ən müxtəlif sahələri əhatə edir və geniş spektrlidir.

Prezidentin söylədiyi kimi, Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Bu gerçəklikləri, baş verən yenilikləri həyatında hiss edən hər bir ölkə vətəndaşı dövlətinə və onun rəhbərinə güvənir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM