Alternative content

10:37 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəlzələdən zərər çəkənlər arxalı olduqlarını bir daha yaşadılar
Zəlzələdən zərər çəkənlər arxalı olduqlarını bir daha yaşadılar
ANA SƏHİFƏ / SİYASƏT
01:17 10.03.2019


Bu il fevral ayının 5-də və 6-da baş verən zəlzələdən zərər çəkmiş bölgələrin sakinləri təbii fəlakətin ertəsi günü Prezident İlham Əliyevin onlara baş çəkməsi barədə hələ də həyəcanla, eyni zamanda həm kövrəkliklə, həm də məmnunluqla danışırlar. Həmişə xalqla birlikdə olan rəhbərin dərhal zəlzələ zonasına gəlməsi bir daha göstərdi ki, Prezident öz ənənəsinə sadiqdir. Dövlət başçısı bu günlərdə fəsadların aradan qaldırılması üçün görülən işlərlə tanış olmaq üçün yenidən həmin ərazilərə səfər etdi.

Məlum olduğu kimi, dövlət başçısı zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılması haqqında sərəncam imzalamışdı. Zəlzələdən zərər çəkmiş insanlarla görüşlərində bildirmişdi ki, fəsadlar aradan qaldırılacaq. Müvafiq icra strukturlarına isə əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün tapşırıq və göstərişlər vermişdi.

Cənab İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözlərinə sadiq olduğunu çətinliyə düşmüş insanlara verdiyi vədə əməl edərək bir daha təsdiqlədi. Prezidentin bir mühüm ənənəsi də verdiyi tapşırıqların yerinə yetirilməsini şəxsən özünün nəzarətində saxlamasıdır. Bir ay əvvəl zəlzələnin fəsadlarının aradan qaldırılması üçün verilən tapşırıqlarla bağlı görülən işlərlə tanışlıq üçün martın 6-da Ağsu rayonuna gəlməsi də deyilənlərə əyani misaldır.

Episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələ nəticəsində adıçəkilən bölgələrdə və Şamaxıda fərdi evlər qəzalı vəziyyətə düşmüş, bir sıra sosial obyektlərə və infrastruktura ziyan dəymişdi. Verilən tapşırıqlara əsasən, qısa müddətdə bu ərazilərdə mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Hər üç rayonda tikinti və təmir işlərinə başlanıb.

Prezident Ağsuya səfəri zamanı Gülarə Hökmrəvanın ailəsi üçün inşa edilən evin tikintisi ilə maraqlandı. Ev sahibinin oğlu ilə söhbət etdi. Həmin gün dövlət başçısı eləcə də Həcər Zamanovanın ailəsi üçün tikintisi davam edən evdə görülən işlərlə tanış oldu.

Yeni tikilən bütün evlərdə yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

Yaradılmış komissiya əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxı, Ağsu və İsmayıllıda 7273 evə baxış keçirib. Aydın olub ki, evlərin bir çoxunun təmir və bərpa edilməsinə ehtiyac var. 88 ev isə sökülməyə hazırlanıb, 65 ev sökülüb. 40-a yaxın ev yenidən tikilir.

Görülən genişmiqyaslı işlərə baxmayaraq, Prezident İlham Əliyev rayon sakinlərini bir daha dinlədi, onları narahat edən məsələlərlə maraqlandı. Bir çoxları öz istəklərini bildirdilər, ərizələrini təqdim etdilər. Dövlət başçısı bunlarla bağlı yenə də müvafiq tapşırıq və tövsiyələr verdi.

Bu, dövlət başçısı ilə xalqın nümayəndələrinin növbəti bir görüşü idi və iqtidarla insanların birliyinin, qarşılıqlı ehtiram və sevgisinin, qayğı və dəstəyinin daha bir nümayişinə çevrildi.

Martın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərər çəkmiş ailələr üçün tikilən yeni evlərə baxdılar.

Dövlət başçısı və birinci xanım Şamaxı şəhəri Salman Mümtaz küçəsinin sakini Rasim Həsənovun ailəsi üçün tikilmiş evdə yaradılan şəraitlə tanış oldular. Burada onlar ailə üzvləri ilə çay süfrəsi arxasında səmimi söhbət etdilər.

Daha sonra Prezident və birinci xanım şəhərin Teymur Əliyarbəyov və Səttar Bəhlulzadə küçələrində təzə tikilən evlərə baxdılar. Ev sahiblərindən Elmira Həsənova və Vüqar Teyfurovla söhbət etdilər. Bir ay əvvəl təbii fəlakətdən zərər çəkmiş bu insanlar düşdükləri çətinlikləri unudaraq Novruz bayramı ərəfəsində yenidən ev-eşik sahibi olduqlarına görə sevinclərini İlham Əliyev və Mehriban Əliyeva ilə bölüşdülər.

Həmişə belədir - Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çətin gündə olduğu kimi, şad və sevincli günlərdə də xalqla brlikdədirlər.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM