10 Mart 2019 01:07
480
İQTİSADİYYAT
A- A+

Bölgələrdə yeni hotellər tikilir


Respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Gəncə şəhərində də qeyri-neft sektorunun vacib sahələrindən olan turizmin inkişafı məqsədilə müasir infrastrukturun, hotellərin və istirahət-əyləncə mərkəzlərinin yaradılması işləri həyata keçirilir. Hazırda Gəncə şəhərində 5, onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində isə 1 yeni hotel tikilir.

Şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan "Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür.

Həmçinin şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli "Hotel Univermaq”da, eləcə də Nizami Gəncəvi prospektindəki 8 mərtəbəli və 4 mərtəbəli hotellərin də binasında tikinti işləri yekunlaşıb.

Eyni zamanda, şəhərin Şah İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə Əliyeva prospektində isə 2 mərtəbəli mehmanxanalar da inşa edilir.

Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli ARFA mehmanxanasının daxilində də son tamamlama işləri görülür. Bildirək ki, ARFA mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video