Lənkəranda humanitar aksiyadan 162 mindən çox sakin yararlanacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən hər il olduğu kimi, bu il də ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinələrə cəlb olunması Lənkəran rayonunda mütəşəkkil qaydada davam edir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov AZƏRTAC-a bildirib ki, humanitar aksiya ilə əlaqədar rayonun iki böyük səhiyyə ocağında - Rayon Mərkəzi Xəstəxanasında və Müalicə-Diaqnostika Mərkəzində yüksəkixtisaslı və təcrübəli həkimlər sakinlərin tibbi müayinələrini aparırlar.
Humanitar aksiyaya start verildiyi gündən - fevralın 12-dən səhiyyə müəssisələrinin terapevt, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nevropatoloq və dermatoloqlardan ibarət həkim briqadaları qrafikə uyğun olaraq hər gün səhər saat 9-dan 16:00-dək rayon mərkəzindən uzaq yaşayış məntəqələrində sakinlərin tibbi müayinələrini həyata keçirirlər.
Əbülfət Məmmədov qeyd edib ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin müayinə olunmaları üçün qrafikə uyğun müəyyən günlər nəzərdə tutulsa da, sakinlər üçün hər hansı bir gün məhdudiyyəti yoxdur. İstənilən vətəndaş müayinələrin keçirildiyi tibb müəssisəsinə gələrək bu xidmətdən yararlana bilər.
Tibbi müayinə ilə əlaqədar müraciət edənlər ilk olaraq xəstəxananın poliklinika şöbəsində peşəkar həkimlər tərəfindən dinlənildikdən sonra müayinədən keçirilir. Ehtiyac yarandığı təqdirdə vətəndaş müalicə üçün xüsusi göndərişlə müvafiq səhiyyə müəssisəsinə göndərilir.
Aksiya başlanan gündən qısa müddət ərzində Lənkəran rayonunda 42 min nəfərə yaxın sakin tibbi müayinədən keçib. 3789 nəfər ambulator, 208 nəfər stasionar müalicəyə cəlb olunub. Xəstələrdən 17 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 31 nəfər isə müalicə üçün Bakı şəhərindəki tibb müəssisələrinə göndərilib.
Rayon sakinləri humanitar aksiyanın yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə edərək, onların sağlamlığının qayğısına qalan dövlət başçısına minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, humanitar aksiyadan Lənkəran rayonunda yaşı 18-dən yuxarı olan 162 min 704 nəfər yararlanacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!